Komİkslər

2009-cu ilin yay aylarında Peachline “Üç İnək” üçün maraqlı təklif irəli sürdü. Yay aylarında ağ pendir ilə qarpızın və digər meyvələrin yeyilməsi ənənəsini nəzərə alaraq biz “Üç İnək” pendirinə bütün pendirləri tərənnüm etdirməyi təklif etdik. Beləliklə "Süfrənizdə eşq macərası"– “Üç İnək” pendirinin qarpız və üzüm arasında sevgi ideyası yarandı.

Bu kampaniyanın məntiqi nəticəsi kimi pendir satışının 75% artması faktı oldu. Bu barədə Danimarkanın mətbuatında ətraflı məlumat yayılmışdır. Həmin kampaniya o gədər uğurlu olmuşdur ki, Arla – dünyada ən iri süd məhsullarının istehsalçısı olaraq bu ideyadan artıq 5 ildir ki, uğurla istifadə edir! Nəticədə “Üç İnək” və qarpız “Leyli və Məcnun”, “Romeo və Julyetta” kimi klassik ayrılmaz cütlüklər sırasına daxil oldu. Biz müvafiq rəsmlər yaratdıq, kopiraytinq isə Şekspir və Nizaminin klassik əsərləri üslubunda işlənib hazırlanmışdır.  

Kreativ direktoru: Roman Orkodaşvılı

Rəssam: Eliza Həsənova

Kopirayter: Aytən İsmixanova

Müştərilər ilə əlaqə meneceri: Nelli İmanova