Elruz sutkada 4 saatdan artıq yatmır, başqalarına da imkan vermir. Deyilənlərə görə o, hətta şəxsiyyət vəsiqəsinin foto şəklində də telefon qulağında çəkilib.
Ofisdə söz ilə əməlin, digər komanda üzvləri ilə ünsiyyətdə həddindən artıq lazım olan nəcib yumor hissi ilə sərhədsiz təmkinin üst-üstə düşməsi cəhətdən liderdir.
İkinci dili – lüğət tərkibindən kanar olan sözlərdir. Lakin bu, onun iş qabiliyyətində heç bir vaxt mane olmur, hətta kömək də olur. Hamı onu hər şeydən narazı olduğundan narazıdır.
Komandamızın ən səssiz üzvüdür! Özünün gizli nitq qabiliyyətini çəkdiyi gözəl rəsmlərində nümayiş etdirir. Bu adam istədiyiniz hər bir şeyi çəkə bilər!
Ulduz falına gözə Lalə Babayevanın ekizidir. Səfehlikdən başqa hər şeyi bağışlaya bilər. Yeri gəlmişkən, ən böyük səfehlik – ona qarşı olan futbol görüşünə qalib gəlmək iddiyası.
Saçları harada burmaq olar, gündəmdə olan saç düzümü və Parisdəki dab həvtəsinin yenilikləri haqda hər şey bilir. Bu, qızlar arasında işləməyin ağır nəticəsidir.
Elnur ilə birgə son aylar komandanın ən sevimli nüməyyəndəsinə çevrilib. Seda sözün əsl mənasında karyera pilləsində yüksəlib – 15-ci mərtəbədən 16-ya qalxıb. İndi isə 17-ci mərtəbə arzusundadır.
Ofisdə çox əli olan Şiva ilə təcəssüm edilir. Onun məhz bu anatomik xüsusiyyəti ona eyni zamanda zənglərə cavab vermək, qonaqları qəbul etmək, kuryerləri göndərmək və s. etmək imkanını verir.