Peachline FIFA U-17 futbol üzrə qadınlararası Dünya çempionatının rəsmi bağlanış mərasİmİnİ təşkİl etdİ

13 oktyabr tarixində FIFA U-17 Qadınlararası Dünya Çempionatı Azərbaycan 2012-nin rəsmi bağlanış mərasimi keçirildi. Həmin çempionatın uğurlu açılışından sonra aydın oldu ki, turnirin yekununu da Peachline Advertising vuracaq.

Cirque du Soleil ilə əməkdaşlığın təcrübəsindən irəliləyərək yazdığımız ssenaridə Odlar Yurdu Azərbaycanımızı təcəssüm etdirən həyatverici alovu yenə də diqqət mərkəzinə çəkdik. Oyun meydançasında yerləşən podium-səhnədə alışan bu alovu “od” rəqqasları dairəyə alırlar.

“Od”-un ətrafında yerli ənənələri təcəssüm etdirən və Azərbaycan mədəniyyətini təmsil edən əlvan rəngli milli geyimdə rəqqaslar bu tədbir üçün xüsusi yazılmış musiqi sədaları altında hərəkət edirdilər.

İştirakçı ölkələrin bayraqlarını stadiona ölkəmizin idman ruhlu olduğunu və müasirliyini nümayiş etdirən idmançı-camperlər daxil etdi. Şou başlandığı kimi də bitdi – meydançanın ortasına üzərində FIFA U-17 Qadınlararası Dünya Çempionatı Azərbaycan 2012-nin rəsmi loqotipi olan bayraq gətirildi.

Hazırlığa çox az vaxt ayırıldığına baxmayaraq biz bağlanış mərasimində iştirak etmək üçün xarici mütəxəssisləri cəlb etmək qərarına gəldik: “Alov” rolunu Ringling Brothers amerika sirkinin artisti ifa etdi, camperləri isə Sankt-Peterburqdan dəvət etmişdik.

Şoudaki “Od” və digər rəqsləri yerli xoreoqrafiya məktəbinin tələbələrindən ibarət truppa ifa etmişdir. Rəqslərin quruluşu və truppanın rəhbəri Nailə Məmmədzadə idi. Bu şou üçün xüsusi olaraq kostyumlar tikilmişdir və səyyar dekorasiyalar hazırlanmışdır.

Qeyd etdiyimiz kimi, bağlanış mərasimi üçün xüsusi olaraq yazılmış musiqinin müəllifi bəstəkar və Peachline Advertising şirkətinin baş yazarı Aytən İsmixanovadır.

FIFA U-17 Qadınlararası Dünya Çempionatı Azərbaycan 2012-nin rəsmi bağlanış mərasimin məntiqli yekunu dünyaşöhrətli ulduz Şakiranın çıxışı oldu.

Təşkilatçı olduğumuz Çempionatın bağlanış mərasiminin FIFA tərəfindən yüksək qiymətlərndirilmişdir. Bundan əlavə biz təntənəli təltifetmə mərasiminə də cavabdeh idik. Odur ki, biz bu çempionatı həm Azərbaycan, həm də özümüz üçün təcrübə toplamağın ən unikal imkanı kimi dəyərləndiririk.