Uğurlu reklam layihəsi nə ilə yekunlaşmalıdır? Yerində edilən şəkil ilə? Yoxsa Facebook-da edilən tag ilə? Bunların hamısını Anonim Laykoqoliklər Cəmiyyəti üçün saxlayın. Biz isə Azərbaycan reklamçılarının coğrafiyasını daha da genişləndirməyi qərara aldıq. Beləki, gələn ilin Yanvar ayında Peachline Advertising-in işçiləri reklam sənayesinin ən vacib yerlərindən sayılan Central Park və Medison Avenue-da gəzəcəklər. Lalə, Nelli, Zaur və Stas bu gün ABŞ vizası əldə etdilər. Peşəkar ilin yekunlarına görə bizim komanda Nyu York-a bayram günlərinə şirkətin hesabına getmək üçün dörd nəfər seçdi!
Əsas investisiya yeni alınan maşın deyil, öz komandana edilən sərmayyədir. Çünki komanda bunu mütləq qiymətləndirəcək.
Oxucularımız üçün isə Frenk Sinatra oxuyur.