FIFA U-17 qadınlararası Dünya çempİonatı Azərbaycan 2012-nİn açılış mərasİmİ

Cennifer Lopez: "Bu, mənim Azərbaycana ilk səfərimdir və ilk çıxışım U-17 qızlar arasında Dünya Çempionatının açılış mərasimində olacaq! Mən fəxr edirəm ki, bu tədbirin bir hissəsiyəm çünki bu dünya qadınlarını ilhamlandıran və idmanın gücünü vurğulayan bir tədbirdir". 

(c)

Öz növbəmizdə qeyd etmək istərdik ki, nəhayət ölkəmizə gələn bu bayramın bir hissəsi olmaqdan qürur duyuruq. 100-dən çox ölkəyə canlı yayımlanan acılış mərasiminin iki super brendi - Kanada-dan olan Cirque du Soleil və dünya səhnəsinin ulduzu Cennifer Lopezi bir araya gətirdi. 

FIFA prezidenti Zepp Blatter təşkilat komitəsini yüksək səviyyədə keçən açılış mərasiminə görə təşəkkürünü bildirdi və belə bir müştəridən bu cür qiymət almaq Peachline Advertising-in fəaliyyətinin ən yüksək kriteriyasıdır. 

Bir qədər sonra açılış mərasimindən video görüntüləri izləyə biləcəksiniz, indi isə tədbirdən şəkilləri FIFA-nın rəsmi səhifəsində izləyə bilərsiniz.