Novruz bayramına həsr olunmuş Bakcell tədbİrİ

Ötən şənbə Bakcell 2011-ci ilin yekunlarını dəyərləndirdi. Buta Palace-da keçirilən bu tədbir qarşıdangələn Novruz bayramına həsr edilməsi ilə əlavə mükafatlandırma xarakteri daşıyırdı. Bizim tərəfimizdən təklif edilən konsepsiyaya əsasən, rəsmi hissədə ən yaxşı işçilər mükafatlandırıldı, əyləncə hissədə isə diskoteka təşkil edilmişdir. Bakcell-in yarandığı ildən bu günədək ən məşhur mahnıların yer aldığı diskotekanı Dj Pancho aparırdı. Tədbirin təşkili Peachline Advertising tərəfindən həyata keçirilmişdir.