Azer-Turk-Bank və MasterCard-ın 6 kart növünü - Maestro Standard, Biznes, Gold, Platinum, Elite birləşdirən ümumi vizual və konseptual xətt onların adları ilə bağlı baş hərflərinin assosiativ elementləri olacaq.

 

MAESTRO

 

Tanınmış və öz aləti ilə peşəkarcasına davranan musiqiçini dünyada Maestro adlandırıldığından “Maestro” tipli kart üçün əsas qrafik element kimi not işarələrindən istəfadə etmək qərarına gəldik. Məhz Maestro kartı Azer-Turk-Bankın müştəriləri üçün peşəkar alat olacaq.

 

STANDARD

 

Standart kartın qrafik elementləri özündə bu bank kart növünün sarsılmaz dəyanətini və etibarlığını əks etdirir.

 

BUSINESS

 

Business kart üçün yaratdığımız elementlər özündə biznes ilə təcəssüm olunan stereotip obrazları əks etdirir: işgüzar geyim növünü vurğulayan qalstuk, valyuta alıntıları, bir neçə addım əvvəl öz gedişini hesablamaq lazımlığını təcəssüm etdirən şahmat fiqurları və həmçinin bu kart sahiblərinə bol-bol səyahət etməli olduğunu xatırladan coğrafi xəritə.

  

GOLD

 

Gold tipli kartın vizual elementi bu söz ilə bağlı hər bir şeyi özündə əks etdirir: qızıl külçələr, zinət əşyaları, qızıl külçələrinin üst qatını xatırladan metal tekstura.

 

PLATINUM

 

Platinum kart yarpaq metalı təqlid edən cığır və patindən tökmə P hərfindən ibarətdir.

  

ELITE

 

Elite kartı bu kart növünə aid olan qara rəngdə hazırlanıb. Bu kart sahiblərinin statusunu brilliantın zərif cilalanması vurğulayır. Kartın özü xidmətlərin unikallığını estetik və konseptual olaraq əsk etdirir.