Peachline Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin sifarişi ilə ilin yekunlarına görə vətəndaşlarımız üçün gördükləri işlərin hesabat filmini çəkib. Filmdə səhiyyədə görülən bütün yeniliklər, yeni xəstəxanaların açılması, ilik sümüyünün nəqli, böyrək transplantasiyası kimi çətin əməliyyatlar barədə bəhs edilir. Bütün bu məlumatı biz uğurlu əməliyyatlardan sağ-salamat çıxan pasiyentlərin və əməliyyat aparan yerli həkimlərimizin dilindən eşidirik.
Bu film bir daha sübut edir ki, Səhiyyə nazirliyimiz ildən ilə dünya standartlarına uyğunlaşaraq mükəmməlləşir. Biz isə öz növbəmizdə tibb sahəsində görülən bütün işləri işıqlandırılmaqda əlimizdən gələni əsirgəməyəcəyik.