Elektron Səhİyyə

29 dekabr tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi yeni “Elektron Səhiyyə” adlı xidmət növünün açılması barədə elan etdi. Xidmət vətəndaşların səhiyyəyə aid olan sualların, tibb lisenziyalarının və kadrların sertifikatlaşdırılması, dərman ləvazimatlarının qeydiyyata alınması, tibbə aid hüquqi və digər məsələlərin asanlıqla həll olunması üçün yaradılıb.

Peachline şirkəti Səhiyyə Nazirliyi ilə birgə “Elektron Səhiyyə” ofislərinin rəsmi açılışına, xidmətin loqotipinin yaradılması və daxili brendləşdirilməsinə, aksessuarların istehsalına, mətbuat konfransının və furşetin təşkilinə cavabdeh idi.  

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin yeni “Elektron Səhiyyə” xindmətinin açılması nazirlik tərəfindən səhiyyə infrastrukturunun inkişafı və modernləşdirilməsinə, vətəndaşlara yüksək keyfiyyətli xidmət göstərilməsinə dair gördüyü işlərdən biridir. Biz də öz növbəmizdə bu işdə Səhiyyə Nazirliyinə kömək etmək üçün əlimizdən gələni əsirgəməyəcəyik.