Şəkər xəstəlİyİ İlə mübarİzə günü

14 noyabr  - şəkər xəstəliyi ilə beynəlxalq mübarizə günündə Azərbaycan respublikasının səhiyyə nazirliyi bu xəstəliyin profilaktikası kampaniyasına start verdi. Aksiya çərçivəsində ölkəmizin iri kinoteatrlarında filmlərin nümayişlərindən əvvəl şəkər xəstəliyinin fəsadlarından bəhs edən film göstərilir. 

Kola, pop-korn və sağlamlığa ziyan gətirən digər yeməklər ilə kinoseansa gələn tamaşaçılar ciddi xəbərdarlıq almış olurlar və, güman edirik ki, bu xəbərdarlıq öz təsirini göstərəcək.