Art and Jewels of the World 2014

29 oktyabr – 2 noyabr tarixlərində Four Seasons Baku-da keçirilən Art and Jewels of the World 2014 sərgisi Peachline-sız ötüşmədi. Komandamız bu tədbirin və mətbuat işlərinin təşkilatçılığını həyata keçirmişdir. 

İlk dəfə Azərbaycanda Al Nahar, Brigitte Ermel, Michael Young, RCM Gioielli, Suzanne Syz Art Jewels və s. kimi brendlər öz zinyət əşyalarını təqdim etmişdir.   XIV-XIX əsrlərin qədim incəsənət əsərləri Berko Fine Paintings, Boccara Gallery, Maison D’Art və Ruzhnikov qalereyaları tərəfindən təqdim edilmişdir. YAY Gallery iştirakı sayəsində ölkəmiz də art-səhnədə öz sənət əsərlərini nümayiş etdirmişdir. 

Sərqinin ilk günü VIP-qonaqlar üçün zinyət əşyalarının bağlı nümayişi ilə yadda qaldı. Mətbuat konfransı, dəb nümayişi və Johnnie Walker Gold Label tərəfindən təqdim olunan kokteyl gecəsi sərginin ikinci gününü müəyyən etdi. Johnnie Walker Gold Label kokteyl gecəsi barədə biz bir qədər sonra daha ətraflı danışacağıq.

Növbəti günlərdə sərgiyə dəvət alan qonaqlar zinyət əşyalarını təqdim edən dizaynerlərin işi və incəsənət əsərləri ilə tanış oldular. Həmin zinyət əşyaları və sənət əsərlərinin yaradıcıları şəxsən özləri nümayiş olunanlar barədə qonaqlara məlumat verdilər.