Bakı Ümumdünya ürək gününü qeyd etdİ

Əhalinin ürək-damar xəstəliklərinin profilaktikası və müalicəsinə diqqəti cəlb etmək üçün Azərbaycan Respublikası Səhiyyə nazirliyi simvolik marafonun təşkili və keçirilməsinin təşəbbüsünü irəli sürdü. 1500 metrlik yürüş şəhərin ürəyi olan Milli parkında keçirildi. Marafonda 500 nəfərdən artıq insan iştirak etdi.

Yürüşün nəticələrinə görə qaliblər planşet, 2-ci yerin sahibləri smartfon, 3-cü yer tutanlar isə fotoapparat ilə təltif olundular. Peachline texniki və təşkilatı dəstək olaraq bu tədbirə qatıldı. Bu marafonun uğurlu keçirilməsi onun ənənəvi olmasına və bundan sonra daha kütləvi şəkil almasına imkan yaradır. Ümidvarıq ki, bu kimi tədbir Bakını həvəskarlar arasında rəsmi marafon və yarım-marafon keçirilən şəhərlərin siyahısına daxil edəcək.