Johnnie Walker Black Label: Sevda Ələkbərzadənİn konsertİ

Ötən həftənin beşinci günü iyunun 27 Peachline Johnnie Walker Black Label sponsorluğu ilə Respublikanın əməkdar artisti Sevda Ələkbərzadənin konsertini təşkil etmişdir. Sevda həmişəki kimi öz dinləyicilərini sevimi mahnıları ilə sevindirdi və yeni albomdan da bir neçə mahnı ifa etdi. Konsert Bakının ən gözəl klubu olan Opera Sky-da keçirildi. Johnnie Walker Black Label üçün xüsusi olaraq bütün çap məhsulları (brendvoll, laytboks, kokteyl menyu və kosterlər), brendvollun dekorativ bəzədilməsi, promo-qızların geyimi, barmen və ofisiantlar üçün brendləşdirilmiş mayka və önlüklər hazırlanmışdır. Həmçinin, konsertin əvvəlində xüsusi video-anons hazırlanmışdır.