Peachline for Shamkir Chess 2014

Peachline tərəfindən təşkil olunan daha bir iddialı layihələ başa çatdı. Tanınmış qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr edilmiş “Shamkir Chess 2014” turnirinin təşkilatçılığı çətin, amma çox şərəfli bir iş idi. Peachline komanda üzvlərinin hər biri üçün bu, böyük sınaq idi.

Biz təşkilatçılığın bütün mərhələlərinə görə böyük məsuliyyət daşıyırdıq. Turnirin adından tutmuş loqotipinə və brendbukunadək (turnir hər il keçiriləcək), Turnirin keçirildiyi Şəmkir şəhərindəki Heydər Əliyev Mərkəzinin bütün brendinq materiallarının dizaynından başlamış oyunların keçirilməsinədək.  

Həmçinin binanın fasadının və şəhəri bəzəyən Turnirin simvolikası ilə olan bayraqların dizaynını da işləyib hazırladıq.  Suvenirlər, brendinq və utilitar məhsullar siyahısına yüzdən yuxarı məhsulun hazırlanması daxil idi.

Biz həmçinin Turnir iştirakçılarının və qonaqların hava limanında qarşılanması, otellərdə yerləşdirilməsi və onların Bakı və Şəmkirdəki gündəlik proqramı ilə məşğul idik. 

Turnirin keçirldiyi Şəmkir şəhərində Peachline şirkətinin iki şöbədən ibarət front-ofisi yaradılmışdır: akkreditasiya və təşkilat şöbələri.

Biz “Shamkir Chess 2014” açılış mərasiminin ssenarisini hazırladıq. Həmin açılış mərasimi bəyan olunmuş reqlamentə əsasən təşkil olunmuşdur və həmçinin təntənəli hissədən də ibarət idi. Tamaşaçıların diqqətinə Vüqar Həşimov haqqında sənədli film, həmçinin modern-baletin ifasında xüsusi olaraq bu tədbir üçün yaradılan musiqinin müşayiəti altındakı rəqs və Eurovision 2012-nin iştirakçısı Fərid Məmmədovun çıxışı təqdim edilmişdir.

Turnir boyu biz bütün təşkilatçı məsələlərə cavabdehlik edirdik. Biz Turnir iştirakçılarını oteldən oyun keçirilən Mərkəzə çatdırılması, oyunlardan sonra mətbuat konfranslarının təşkili və tamaşaçılar ilə iş aparmaqla məşğul idik. Hər günün yekunlarına dair dərhal bülleten çap olunurdu. 

Turnir oyunlarından kanar günlərdə azad vaxtın keçirilməsini də Peachline şirkəti təşkil edirdi. Həmin günlər çox dolğun və maraqlı keçirdi. Turnir iştirakçıları futbol üzrə yoldaşlıq turnirində, “Zəka” Gənclər Mərkəzində 12 lövhədə uşaqlara eyni vaxtda oyun seansında və Şəmkir şəhərində maarifləndirici turlarda iştirak etdilər.

Turnirin sonunda təntənəli təltifetmə mərasimi və turnirə həsr olunmuş möhtəşəm konsert proqramı baş tutdu.  Konsertdə 30 000 min tamaşaçı toplaşmışdır.

Bütün Turnir iştirakçıları və mətbuat nümayyəndələri

“Shamkir Chess 2014”- ün gözəl təşkilatçılığını qeyd etdilər.