Bakı İlk dəfə futzal üzrə UEFA Kuboku uğrunda “Dördlü fİnala” ev sahİblİyİ edəcək

Bakı ilk dəfə futzal üzrə UEFA Kuboku uğrunda “Dördlü finala” ev sahibliyi edəcək. Peachline bu tədbir üçün bütün dizaynları yaradıb və püşkatma, həmçinin də Kubokun açılış və bağlanış mərasimlərinin təşkilini həyata keçirəcək.

UEFA nümayəndəsi Mixael Zaltser tədbirlərin təşkilatı işlərinin yüksək səviyyədə keçməsini qeyd edərək demişdir:

“Azərbaycanda ilk dəfə UEFA çərçivəsində möhtəşəm bir hadisə baş verəcək”. Biz əminik ki, “Sərhədçi” kimi gözəl sarayda təşkil olunan bu tədbir yüksək səviyyədə keçəcək. Burada kifayət qədər tanınmış komandalar iştirak edəcək. Mən AFFA-ya gözəl təşkilatçılığa və qonaqpərvərliklərinə görə təşəkkürümü bildirirəm”.

İnformasiya 1news.az saytından götürülüb.