Rebrendİnq

Ad:

Ad iki hissədən ibarətdir. Birinci – Bank, sadə və hamıya aydın olan bir addır, şirkətin məğzini açıqlayır. İkinci – Technique – yaxşı səslənən və çətin, bank işində avropa dəyərlərinə arxalanmağı vurğulayır. Bu ad Bank Technique dəyərlərinə cavab verir: müştəri üçün maksimal dərəcədə sadə, aydın və şəffaf olmaq şərtilə innovasiyalara can atmaq dəyəridir. Bankın bundan əvvəlki adı ilə əlaqə – Texnika Bank – yeniləşmiş Bankın ənənələrə hörmət etdiyini əks etdirir.

Loqotip və emblem:

Bank Technique emblemi iki sadə fiqurdan ibarətdir – düzbucaq və yuxarı sol küncündə yerləşdirilən dairə. Düzbucaq ən sabit planimetrik fiqurdur və özü ilə etibarlılıq, şəffaflıq təcəssüm etdirir. İçindəki dairə isə yeniliklərə, innovasiyalara can atmağın təcəssümüdür. Ümumilikdə bütün kompozisiya bank seyfini xatırladır. Bankın loqotipi emblemdən və bankın adının yazılmasından ibarətdir və innovasiya, etibarlılıq, işində şəffaflıq və müştəriyə yaxın olmaq dəyərlərinə cavab verir.

Sloqan:

Bankın sloqanı – Gələcəyə toxun (Touch the Future, Прикоснись к будущему) – özündə Bankın siyasətində innovasiyanı, eyni zamanda müştəriyə əl uzadıb ona daha yaxın olmaq anlamlarını cəmləşdirir.