İkİ reklam çarxı

IDEA ilk növbədə gələcək nəsillərə yönəlmişdir. Məhz buna görə bizim IDEA ilə televiziya reklamı sahəsində ilk iş birliyimiz ağacların qanunsuz kəsilməsinin şahidi olan balaca oğlanın hekayəsinin ekranlaşdırılması oldu. Həmçinin biz insanlara həyatlarını yaşıl rəngsiz təsəvvür etməyi təklif edən reklam çarxı çəkdik.

İstanbulun yerli P-Works production-house iştirakı ilə çəkilən bu filmlər ölkəmizin ekoloji balansının tarazlaşdırılmasına dair və ağacların qanunsuz kəsilməsinin qarşısını almaq məqsədilə IDEA ilə birgə silsilə layihələr üzərində aparacağımız işlərin başlanğıcıdır. 

IDEA tək sözlə deyil, əməl ilə də kömək edir. Ağacların kəsilməsinin şahidi olan hər kəs *1113 zəng edə bilər və Təbiətin təcili yardımı dərhal hadisə yerinə gələcək.