Shamkir Chess

Peachline daha bir möhtəşəm tədbirə imza atdı. Biz Azərbaycanda ilk dəfə 22-ci kateqoriyalı şahmat turnirinin təşkilatçılığını həyata keçirdik. Turnir qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr edilmişdir. “Shemkir Shess 2014”-də 16-cı Dünya çempionu Maqnus Karlsen, dünyanın və ölkəmizin ən güclü şahmatçıları iştirak etmişdirlər. 

Turnirin “Shemkir Shess” adlandırılması onun analoqu “Norway Chess” və digər möhtəşəm şahmat turnirləri kimi beynəlxalq statusuna dəlalət edir. Turnirin FİDE tərəfindən dəstək aldığına loqotipdə şahmat fiqurlarından biri olan atın mövcudluğu da eyham vurur. Atın silueti “Shemkir Shess” adında gizlədilib.   

Biz şahmat fiqurlarından və milli naxışlardan ibarət orijinal pattern işləyib hazırladıq və həmin pattern “Synergy Group”-un sponsorluğu olan bu məhtəşəm tədbirin vizual təcəssümüdür. 

Biz Büynəlxalq turnirə aid olan bütün atributları işləyib hazırladıq: yazı ləvazimatlarından tutmuş avtobusların brendləşdirilməsinədək. 

Bundan əlavə Peachline Turnirin açılış mərasiminin də təşkilatçılığına cəvabdehlik etdi. Bu mərasim üçün xüsusi tərtib olunan proqram çərçivəsində Turnirin qonaq və iştirakçılarına xüsusi aranjiman olunmuş musiqi sədaları altında və ekranda dahi fırça ustası Səttar Bəhlulzadənin gözəl əsərləsi nümayiş etdirməklə nodern baletin və Avrovision 2012-də Azərbaycanı uğurla təmsil edən Fərid Məmmədovun çıxışları təqdim olunmuşdur. Açılış mərasiminin bədii hissəsini isə rejissor Ülviyyə Könülün Vüqar Həşimov haqqında çox təsirli film nümayiş edildi.