Rəşİd Behbudovun rəsmİ

AtaHolding və AtaBank-ın yubileylərinə həsr olunmuş təntənəli gecə çərçivəsində amerikalı rəssam Den Dann canlı olaraq dahi Rəşid Behbudovun rəsmini çəkmişdir. Həmin rəsm əsəri bərpa olunmuş və rənglənmiş 1945-ci ildə çəkilmiş “Arşın mal alan” filminin simvolu kimi qələmə verildi.

Sevda Ələkbərzadənin ifasında dahi Üzeyir Hacıbəylinin əfsanəvi operettanın ariyalarından ibarət “Vokaliz”-in sədaları altında ölməz sənətkar Rəşid Behbudovun rəsmini çəkən Den Dann öz sehirli fırşası ilə qara kətanı əlvan boyalarla cəmi 7 dəqiqə ərzində canlandırdı.